Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində beştərəfli sənədlər imzalanıb və Bəyanat qəbul edilib

Posted by

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində beştərəfli sənədlər imzalanıb və Bəyanat qəbul edilibHəştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində beştərəfli sənədlər imzalanıb və Bəyanat qəbul edilib

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində beştərəfli sənədlər imzalanıb və Bəyanat qəbul edilib

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalandı.

Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalandı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını imzaladılar.

 

AzərTac.az