Həştərxanda Xocalı soyqırımına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

Posted by

Həştərxanda Xocalı soyqırımına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”da Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) nümayəndələri iştirak etmişlər.

RAGB-nin Həştərxan bölməsinin sədri Elvin Hüseynov və ÜAK-ın regional bölməsinin rəhbəri Ədalət Hüseynov tədbirdə çıxış edərək Azərbaycanın Xocalı şəhərində erməni quldur dəstələrinin törətdikləri cinayətlərdən, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsindən danışmışlar.

Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anma tədbiri Həştərxandakı “Bakı” məscidində davam etdirilmiş, şəhidlərin ruhuna Qurandan ayələr oxunmuşdur.

AzərTac.az