Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən “Dövlət – Bizness Əməkdaşlığı” layihəsi davam edir

Posted by

Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən “Dövlət – Bizness Əməkdaşlığı” layihəsi davam edir

 

Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən “Dövlət – Bizness Əməkdaşlığı” layihəsi davam edir

Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən “Dövlət – Bizness Əməkdaşlığı” layihəsi davam edir

 

Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə realizə edilən “Dövlət – Bizness Əməkdaşlığı” Layihəsi (State-Business Cooperation Project) davam edərək növbəti tədbiri 25 Fevral tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə keçirmişdir.

“Tullantıların idarə edilməsi” mövzusunda keçirilən tədbir bu sahədə düzgün və səmərəli normativlərin dinləyicilərə çatdırılması, tullantıların idarəedilməsindən faydaların əldə edilməsi, ətraf mühitin qorunması və digər maarifləndirmə xarakterli cıxışlarla müşaidə edilmişdir.

AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qənbərovun və Ekoloji Təbliğat Şöbəsinin müdiri Amil Sefiyevin məruzələri dinlənmişdirlər.

Məruzəçilər qeyd etmişdirlər ki, müasir dövrdə qonaqpərvərlik sənayesinin və turizmın sürətli inkişafı müşaidə edilir. Bu da hotellərin, turizm mərkəzlərinin, içtimai iaşə müəsissələrinin sayının artmasına təkan verir. Bununla yanaşı həmin müəsissələrin müxtəlif tullantıları, çirkab suları əmələ gəlir hansılar ki, ciddi şəkildə idarəedilməlidirlər. Qeyd edilmişdir ki, ətraf mühitin qorunması və bundan irəli gələn məsələlər bir qədər ictimai xarakterlidirlər və hər bir vətəndaş üzərinə düşən məsuliyyəti anlamalıdır.

Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Maqistrı Aynur Qəhrəmanova “Yaşıl Hotellər” (“Green Hotels”) konsepsiyası haqqında iştirakçılara açıqlama vermişdir. O, qeyd etmişdir ki, ABŞ və Avropa ölkələrində bu konsepsiya geniş yayılmaqdadır və bir sıra brend hotellər şəbəkələri bu konsepsiyaya qoşularaq Yaşıl Hotellər yaradmışdırlar. Bu məsələ geniş diskussiyaya səbəb olmuşdur, Hyatt Regency Hotelinin nümayəndəsi Ramin Əzizov və New Baku Hotelinin Baş Meneceri Ceyhun Aşurov Yaşıl Hotellər haqqında danışmış və bir sıra təkliflər irəli sürmüşdürlər.

Müzakirələr nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hotellər və Restoranlar Assosiasiyası qərara almışdırlar ki, bu istiqamətdə birgə iş aparacaqlar və konsepsiyanın Azərbaycanda yayılması yollarını və istiqamətlərini birgə səylər nəticəsində araşdıracaqlar.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra hotellərin, o cümlədən AF Hotel, Amber Hotel, Excelsior Hotel, Garadagh Hill, Grand Hotel, Hyatt Regency Hotel, Jumeirah Bilgah Beach, New Baku Hotel, Royal Hotel, Chirag Plaza və turizm ixtisasları üzrə təhsil alan tələbələr iştirak etmişdirlər.

Tədbirin partnyoru qismində Print Art Document Centre, Nova Net, Aosion, BakTorq, Luxury Candles Azerbaijan şirkətləri və Azərbaycan Barmenlər Assosiasiyası iştirak etmişdirlər. Qeyd etmək istərdik ki, NovaNet şirkətinin (http://novadotnet.com/en/) proqram məhsulu olan İnOtel yeganə və ilk milli proqram təminatı olaraq hotellər üçün avtomatlaşdırma xidmətləri təklif edir. Aosion şirkəti (http://www.aosion.com/) yeni texnologiyaların vasitəsilə gəmiricilər, həşaratlar və ilanlar əlehinə ultrasəsli qovucu qurğular təklif edir. Tədbirin digər partnyoru, Print Art Doccentre (www.doccentre.az) şirkəti yüksək keyfiyyətli və sürətli rəqəmsal çap məhsulları sahəsində xidmətlər göstərir.

Hotellər və Restoranlar Assosiasiyası, göstərilən köməyə görə partnyor şirkətlərə və o cümlədən təşkilatı dəstəyə görə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qənbərova, Ekoloji Təbliğat Şöbəsinin müdiri Amil Sefiyevə və şəxsən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirı cənab Hüseynqulu Bağırova Assosiasiyanın təşəbbüsünü dəsdəklədiklərinə görə dərin minnətdarlığını bildirir.

Assosiasiyanın Layihə Rəhbəri Orxan Məmmədov qeyd edir ki, ölkənin hotelçilik və restoran biznesi nümayəndələrinin təkliflərini nəzərə alaraq Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə “Dövlət – Bizness Əməkdaşlığı” Layihəsinə (State-Business Cooperation Project) 2013-cü ildə start verilmişdir. Layihə çərçivəsində ölkə hotelçilərinin və restoran biznesi nümayəndələrinin dövlət qurumları ilə görüşləri, qonaqpərvərlik sənayesində dövlətin tətbiq etdiyi müvafiq qanunların və qaydaların açıqlanması, ölkədə biznes mühütünün dahada yaxşılaşdırılmasına yönəlmiş proseslərin və biznes üçün önəmli olan sualların müzakirəsi nəzərdə tutulur. Layihənin əsas məqsədi qonaqpərvərlik sənayesinin aparıcı qüvvəsi olan hotelçilik və içtimai iaşə sektoru və müvafiq dövlət qurumları arasında dialoq yaradaraq iqtisadiyyatın bu sahəsinin inkişafına yardımçı olmaqdır.

Assosiasiyanın rəhbərliyi ümüd edir ki, ölkənin hotelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək, bu sahədə çalışan hər bir kəs fəallıq nümaiş edərək, sənayenin inkişafına öz töhfəsini qətirəcəkdir.

Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups) vasitəsilə yayılmaqdadırlar.

 

Trend.az