Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Posted by

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Vasitəçilər Sərsəng su anbarından birgə istifadə barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər

 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərində məqsəd onların mandatına uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub. Bu rayonlara baş çəkdikdən sonra həmsədrlər yerli infrastrukturun yaxşılaşdığını görüblər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər.

 

APA-nın xəbərinə görə, bu barədə həmsədrlərin bölgəyə növbəti səfərinə dair ATƏT-in saytında yerləşdirilən məlumatda deyilir.

 

Həmsədrlər Sərsəng su anbarına da gedərək onun statusunu və fəaliyyətini müzakirə ediblər. Onlar tərəflərin su anbarından bölgənin xeyrinə birgə istifadəsi barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər. Mayın 19-da həmsədrlər Tərtər yaxınlığındakı təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər. Diplomatların fikrincə, atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə əsas yaradır.

 

Səfər zamanı həmsədrlər Bakı və Yerevanda rəsmi şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki yerli rəhbərləri ilə görüşlər keçiriblər. Onlar Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər. Görüş zamanı sülh prosesinin elementləri müzakirə olunaraq qeyd edilib ki, bu elementlər həmsədr ölkə rəhbərlərinin 2009 və 2013-cü illərdə verdikləri birgə bəyanatlarda əksini tapıb.

 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və yeni fransalı həmsədr Pyer Andrie mayın 16-19-da bölgəyə səfər ediblər.

 

Apa.az