Əhməd Davudoğlu: Türkiyədə hərbi xidmətdən ödənişlə azad olma sistemi ləğv edilməyəcək
Türkiyədə hərbi xidmətdən ödənişlə azad olma sistemi ləğv edilməyəcək. Bunu ölkənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend cümə günü Türkiyənin “TRT Haber” telekanalına istinadən məlumat verir.
Onun sözlərinə görə, 2015-ci il yanvarın 1-dən etibarən bu sistem yenidən bərpa ediləcək.
Davudoğlu qeyd edib ki, hərbi xidmətdən ödənişlə azad olmaq istəyənlər 18 min lirə ödəməli olacaqlar.
Qeyd edək ki, Baş nazir bundan əvvəl bildirmişdi ki, ölkədə ödənişlə hərbi xidmətidən azad olma sistemi ləğv ediləcək.
Türkiyədə ödənişlə hərbi xidmətdən azad olma sistemi 2011-ci ildə tətbiq edilib. Xaricdə təhsil alan və ya çalışan ölkə vətəndaşları 30 min türk lirəsi ödəməklə hərbi xidmətdən azad ola bilirlər.
2013-cü ilin oktyabrında Türkiyə parlamenti ölkədə icbari hərbi xidmətin müddətini 15 aydan 12 ayadək azaldıb.
Trend.az