Əhməd Davudoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək

Posted by

Əhməd Davudoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək. Trend-in şənbə günü “Hürriyet Daily News” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

Onun sözlərinə görə, rəsmi Ankara Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarıdır.

Davudoğlu onu da qeyd edib ki, Ankara regionda sülhün və sabitliyin təminatı məsələsinə kompleks yanaşılması çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan istənilən addımı dəstəkləyəcək.