Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır

Posted by

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti, tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak etmişlər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Rumın-Amerikan Universitetinin rəhbərliyinə sıx əməkdaşlıq nəticəsində Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.

O, tədbir iştirakçılarına Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə məlumat vermiş, Buxarestdə bu fənlərin tədrisinin başlanması ilə iki xalq arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd etmişdir. İqbal Hacıyev dərslərə yazılan rumıniyalı tələbələri təbrik etmiş və onlara uğurlar arzulamışdır.

Rumın-Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Şerban Corcesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya universitetə verdiyi dəstəyə və məhsuldar əməkdaşlığa görə dərin təşəkkürünü bildirmişdir. O, rumın tələbələrin Azərbaycan dilinə və ədəbiyyatına marağını iki xalq arasında gündən-günə inkişaf edən əlaqələrin təzahürü kimi qiymətləndirmişdir. Şerban Corcesku belə səmərəli layihələrin gələcəkdə davamlı olacağına inamını ifadə etmişdir.

Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə belə bir imkanın yaradılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmişdir. O, rumın tələbələri arasında Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına marağın həddən artıq çox olduğunu vurğulamışdır. Bildirmişdir ki, gələcəkdə bu tələbələr Rumıniyada bir çox sahələrdə çalışıb Azərbaycanın layiqli elçiləri olacaq, iki xalq arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə səmərəli töhfələrini verəcəklər.

Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci dərsi başlamışdır.

 

AzərTac.az