Həccə getmiş azərbaycanlı zəvvarların son qrupu bu gün Vətənə qayıdır

Posted by

Həccə getmiş azərbaycanlı zəvvarların son qrupu bu gün Vətənə qayıdırHəccə getmiş azərbaycanlı zəvvarların son qrupu bu gün Vətənə qayıdır

Həccə getmiş azərbaycanlı zəvvarların son qrupu bu gün Vətənə qayıdır

Həccə ziyarətinə azərbaycanlı zəvvarların son qrupu bu gün Vətənə qayıdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlarımızın ziyarət səfəri başa çatıb. Oktyabrın 11-15-i arası gerçəkləşən təyyarə reysləri ilə azərbaycanlı zəvvarlar Vətənə qayıdıb. Sonuncu təyyarə reysləri bu gün həyata keçirilir. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı Vətənə dönmüş olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun sözlərinə görə, zəvvarların səhhətində heç bir ciddi problem olmayıb və ziyarət bütün qaydalara uyğun həyata keçirilib.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ziyarəti ayinlərini başa vurduqdan sonra mübarək Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən gerçəkləşir.

 

Trend.az