Hanoyda Azərbaycan-Vyetnam parlamentlərarası münasibətlərinin inkişafı məsələləri müzakirə edilmişdir

Posted by

Hanoyda Azərbaycan-Vyetnam parlamentlərarası münasibətlərinin inkişafı məsələləri müzakirə edilmişdir

Hanoyda Azərbaycan-Vyetnam parlamentlərarası münasibətlərinin inkişafı məsələləri müzakirə edilmişdir

Hanoyda Azərbaycan-Vyetnam parlamentlərarası münasibətlərinin inkişafı məsələləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının Vyetnamdakı səfiri Anar İmanov Vyetnam Sosialist Respublikası parlamentinin sədri Nquyen Şin Hunq ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-Vyetnam ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Tərəflər 2013-cü ilin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələrinin inkişafı baxımından əlamətdar olduğunu qeyd etmiş, ötən ilin iyununda Vyetnam parlamenti sədrinin müavini Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin, həmçinin Vyetnam parlamentində Azərbaycanla, Azərbaycan parlamentində isə Vyetnamla parlamentlərarası dostluq qruplarının yaradılmasının ikitərəfli, xüsusilə parlamentlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulamışlar. Səfir A.İmanov parlamentlərarası əlaqələrin genişləndirilməsinə göstərdiyi dəstəyə görə N.Ş.Hunqa təşəkkürünü bildirmişdir.

Azərbaycan-Vyetnam münasibətlərinin tarixində 2014-cü ilin də əlaqələrin fəallığı baxımından yadda qalacağına əminliyini ifadə edən tərəflər il ərzində Azərbaycanın yüksək rütbəli rəsmilərinin Vyetnama səfərlərinin təşkili istiqamətində tədbirlər görüldüyünü, bu səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına güclü təkan verəcəyini vurğulamışlar.

Söhbət zamanı qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə də məlumat verilmişdir.

N.Ş.Hunq Vyetnam tərəfinin iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu qeyd etmiş, onun salamlarının Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova çatdırılmasını xahiş etmiş və onu Parlamentlərarası Birliyin Baş Assambleyasının 2015-ci ilin əvvəlində Vyetnamda keçiriləcək 132-ci toplantısında iştiraka dəvət etmişdir.

 

AzərTac.az