Hanoyda Azərbaycan və Vyetnam prezidentlərinin görüşü keçirilib

Posted by

Hanoyda Azərbaycan və Vyetnam prezidentlərinin görüşü keçirilib

Hanoyda Azərbaycan və Vyetnam prezidentlərinin görüşü keçirilib

Hanoyda Azərbaycan və Vyetnam prezidentlərinin görüşü keçirilib

Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 

APA-nın məlumatına görə, Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşılayıblar.

 

Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səslənib, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

 

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Truonq Tan Sanqa təqdim edilib. Sonra prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Vyetnam prezidentlərinin məhdud tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

 

Səfər çərçivəsində prezident İlham Əliyev Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini, habelə Vyetnamın sabiq prezident Ho Şi Minin mavzoleyini ziyarət edib.

 

Apa.az