HAKİMİYYƏT VƏ FƏRD (Məqalələr Toplusu)

Posted by

İnsan hüquqları – fəlsəfə və hər şeydən əvvəl etika, hüquq və siyasi elmlərlə sıx bağlı olan bilik sahəsidir. Bu sahə müasir şəkildə ikinci dünya müharibəsindən sonra yaranmış olsa da, onun mənbəyini qədim dövrlərdə, orta əsrlərdə və əlbəttə ki, İntibah dövründə axtarmalıyıq. Kommunizm dövründə insan hüquqları tədqiqat predmeti olmadığından heç bir yerdə tədris edilməmişdir. Lakin «burjua insan hüquqları» adı altında bizə aşılanan Qərb ideyalarını qəsdlə təhrif edərək, təbii ki, «sosialist» epiteti ilə tamamlanan «insan hüquqları» ifadəsi 70-80-ci illərdə meydana çıxmağa başladı.

hakimiyyet