Hacıqabul-Kürdəmir avtomobil yolunun yenidən qurulmasının payızadək başa çatdırılması planlaşdırılır

Posted by

Hacıqabul-Kürdəmir avtomobil yolu 1-ci texniki dərəcəli 4 hərəkət zolaqlı olacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Hacıqabul-Kürdəmir avtomobil yolu əlavə 2 zolaq da tikilməklə 4 hərəkət zolağına uyğun yenidən qurulur: “Əvvəllər bu yol 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki ərəcəli idi, indi isə yol 1-ci texniki dərəcəli 2-si gediş, 2-si gəliş üçün olmaqla 4 zolaqlı olacaq”.

P.Mürsəliyev qeyd edib ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olmaqla mövcud 120-ci km-dən başlayıb 200-ci km-də başa çatır. Ümumi uzunluğu 80 km olan yeni yol boyu 5 yol qovşağının, 1 körpünün, 160-a yaxın müxtəlif diametrli borunun, 15 alt keçidin tikintisi işləri aparılır: “Yolda torpaq işləri artıq 95 faiz görülüb. Suötürücü qurğuların, alt keçidlərin tikintisi demək olar ki, bitib. Asfalt işləri orta hesabla 75 faiz yerinə yetirilib. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir. İşlərin yaxın 5-6 ay ərzində, yəni payızadək tamamilə yekunlaşması planlaşdırılır”.

Trend.az