GUAM dövlətlərinə qarşı hədələrlə bağlı bəyanat verildi

Posted by

GUAM dövlətlərinə qarşı hədələrlə bağlı bəyanat verildi

GUAM dövlətlərinə qarşı hədələrlə bağlı bəyanat verildi

 

GUAM dövlətlərinə qarşı hədələrlə bağlı bəyanat verildi

ATƏT-in XİNŞ-nin Bazeldə keçirilmiş 21-ci iclası çərçivəsində GUAM-ABŞ görüşü keçirilib və birgə bəyanat qəbul edilib. Bu barədə Trend GUAM-ın rəsmi saytına istinadən xəbər verir.

 

Bəyanatda GUAM regionunda münaqişələrin sülh yolu ilə həlli istiqamətində irəliləyişin əldə olunmasının vacibliyi vurğulanıb, eləcə də GUAM dövlətlərinə qarşı hədə və ya güc tətbiq edilməsinin ciddi narahatlıq doğurduğu qeyd edilib.

 

Sənəddə GUAM dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə olan öhdəlik bir daha vurğulanıb. Habelə bəyanata əsasən, qərara alınıb ki, tərəflər digər müvafiq formatlarda münaqişə üzrə dialoqu davam etdirəcəklər.

 

Trend.az