Gürcüstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seymoloji Xidmət Mərkəzindən Trend-ə verilən ilkin məlumata görə, yerli vaxtla saat 09:09-da Zaqataladan 85 km şimal-qərbdə, Gürcüstan ərazisində zəlzələ baş verib. Zəlzələ respublikanın şimal-qərb bölgələrində hiss olunub.
Yerin 8 km dərinliyində baş verən zəlzələnin maqnitudası 5.8 bal təşkil edib.
Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də hiss olunub.
Gürcüstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub
Posted by