Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Posted by

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Masallı Gənclər Mərkəzində baş tutan görüşdə 40-dan artıq vətəndaş iştirak edib.

Müraciətlərin 30-dan çoxu idman sahəsində fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri ilə bağlı olub.

10-dan artıq müraciət qeyri hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, Gənclər Mərkəzlərinin tikintisi və təmiri istiqamətində olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Trend.az