Nyu Yorkda “Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012/2013” adlı kitab nəşr olunmuşdur

Posted by

Cari ilin fevralında Nyu Yorkun “Liberty” nəşriyyatında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012/2013” adlı kitab ingilis dilində nəşr olunmuşdur. Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a məlumat verilmişdir.

Kitaba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının 2012-ci il mayın 4-də keçirilmiş yüksək səviyyəli iclasında çıxışı, xarici işlər naziri Elmar Məmmədyarovun və nümayəndə heyətimizin üzvlərinin Şuranın açıq iclaslarında çıxışları, qurumda iki sədrliyin (2012-ci il may və 2013-cü il oktyabr) rəsmi hesabatları, konseptual arayışlar, ölkəmizin təşəbbüsü ilə qəbul olunmuş bəzi mühüm sənədlər, Təhlükəsizlik Şurasının 1533 (2004) saylı qətnaməsi əsasında təsis edilmiş sanksiyalar komitəsində (Konqo Demokratik Respublikası üzrə) sədrliyin hesabatları, “Arria formulası” çərçivəsində təşkil olunmuş tədbirlə bağlı materiallar və fotoşəkillər daxil edilmişdir.

Kitabın nüsxələri BMT-nin baş katibinə, onun müavinlərinə və Katibliyin digər yüksək vəzifəli məmurlarına göndərilmiş, BMT-yə üzv dövlətlərin təşkilat yanında daimi nümayəndəlikləri arasında yayılmış, eləcə də ABŞ-da fəaliyyət göstərən aparıcı araşdırma mərkəzlərinə, təhsil ocaqlarına və kitabxanalara çatdırılmışdır. Həmçinin kitabın elektron versiyası “Amazon”, “iTunes” və “Barnes and Noble” şəbəkələrində yerləşdirilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərmişdir. Müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə keçirilən müzakirələrdə və qərarların qəbul edilməsində bilavasitə iştirak etmiş və bir sıra vacib mövzularda öz prinsipial mövqeyini ortaya qoymağa nail olmuşdur.

AzərTac.az