Gəncədə regional «Asan Xidmət» Mərkəzi açılıb

Posted by

Gəncədə regional «Asan Xidmət» Mərkəzi açılıb

 

Gəncədə regional «Asan Xidmət» Mərkəzi açılıb

Gəncədə regional «Asan Xidmət» Mərkəzi açılıb

 

Bu gün Gəncə şəhərində Gəncə Regional «Asan Xidmət» Mərkəzinin açılış olub.

 

Açılış mərasimində Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi nümayəndələr iştirak ediblər.

 

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə ilə yanaşı, Azərbaycanın daha 10 rayonunun əhalisi də istifadə edə biləcək. Ümumilikdə, Mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.

 

Mərkəzin inzibati binasının sahəsi 4 min kv. metr olmaqla, 4 mərtəbədən ibarətdir. Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 6 500 kv. metr sahə ayrılıb.