G-7 ölkələri Krımdakı referendumu tanımadıqlarını bəyan ediblər

Posted by

G-7 ölkələri Krımdakı referendumu tanımadıqlarını bəyan ediblər

G-7 ölkələri Krımdakı referendumu tanımadıqlarını bəyan ediblər

G-7 ölkələri Krımdakı referendumu tanımadıqlarını bəyan ediblər

Rusiya Krımı ilhaq edərsə, ona qarşı əlavə birtərəfli və kollektiv sanksiyalar tətbiq olunacaq

 

G-7 ölkələrinin liderləri (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Yaponiya, İtaliya), Avropa Birliyinin prezidenti və Avropa Komissiyasının sədri Ukraynanın Krım Muxtar Respublikasında keçiriləcək referendumla bağlı birgə bəyanatla çıxış ediblər.

 

APA-nın xəbərinə görə, dünyanın 7 aparıcı dövlətinin və Avropa Birliyinin liderləri Rusiyanı Krımın statusunun dəyişdirilməsi istiqamətində beynəlxalq hüquqa və Ukrayna qanunvericiliyinə zidd bütün cəhdlərə, muxtar respublika ərazisində referendum keçirilməsinə verdiyi dəstəyə son qoymağa çağırıblar: “Lazımi hazırlıqların aparılmadığını və ərazidə Rusiya qoşunlarının mövcudluğunu nəzərə alaraq bəyan edirik ki, bu cür referendumun hüquqi qüvvəsi olmayacaq. Bu səbəblə biz bu referendumun nəticələrini tanımayacağıq”.

 

G-7 liderlərinin fikrincə, Krımın Rusiya tərəfindən ilhaqı BMT Nizamnaməsinə ziddir və Rusiya bu addıma gedərsə, ona qarşı əlavə birtərəfli və kollektiv tədbirlər görüləcək. Onlar Rusiyanı Krımdakı münaqişənin deeskalasiyası məqsədilə öz qoşunlarını əvvəlki dislokasiya yerlərinə geri qaytarmağa çağırıblar. G-7 ölkələri Soçidə keçirilməsi planlaşdırılan G-8 sammitinə hazırlığı dayandırdıqlarını və Rusiya mövqeyini dəyişənə qədər bu qərarın qüvvədə olacağını bir daha xatırladıblar.

 

Apa.az