FHN “Sahil” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

Posted by

FHN "Sahil" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

FHN “Sahil” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

FHN "Sahil" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sahil” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu gün səhər saat 09:48-də Bakının Səbail rayonunda, metronun “Sahil” stansiyasının üstündəki binanın 3-cü mərtəbəsində, “Sahil” Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənməklə ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Trend.az