Fransa Prezidenti Azərbaycana səfər edəcək

Posted by

Fransa Prezidenti Azərbaycana səfər edəcək

Fransa Prezidenti Fransua Olland bu il Azərbaycana rəsmi səfər edəcək.

Fransa Prezidenti Azərbaycan dövlət başçısının dəvəti ilə bu il Azərbaycana səfər etməklə bağlı niyyətini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşü zamanı təsdiqləyib.

Fransada akkreditə olunmuş diplomatik korpus üçün Yeni il münasibətilə Yelisey sarayında keçirilən ənənəvi illik görüşdə Azərbaycan səfiri E.Əmirbəyovla Fransa Prezidenti F.Olland arasında qısa söhbət olub. Bu barədə Trend-ə səfirlikdən bildiriblər.

Səfir Fransanın dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il təbrikini çatdırıb.

F.Olland minnətdarlığını bildirərək azərbaycanlı həmkarına təbriklərini və ən yaxşı arzularını çatdırmağı xahiş edib, son vaxtlar ikitərəfli Fransa-Azərbaycan münasibətlərinin inkişafında müşahidə edilən artan dinamikaya görə məmnunluğunu ifadə edib.