Fransa mətbuatında Azərbaycandan bəhs edən məqalə dərc olunmuşdur

Posted by

Fransa mətbuatında Azərbaycandan bəhs edən məqalə dərc olunmuşdur

 

Fransa mətbuatında Azərbaycandan bəhs edən məqalə dərc olunmuşdur

Fransa mətbuatında Azərbaycandan bəhs edən məqalə dərc olunmuşdur

 

Fransada geniş yayılan “L’avenir.net” internet qəzetinin 6 fevral nömrəsində Azərbaycandan bəhs edən “Bakı şəfəq saçır və alovlanır” sərlövhəli məqalə dərc olunmuşdur.

Müəllif Jan-Kristof Herminaire məqalənin əvvəlində qədim İpək yolu üzərində, dörd yol ayrıcında yerləşən və “qara qızıl”la zəngin Azərbaycanın paytaxtı Bakının yenidən qurulmasından və bənzəri olmayan müasir şəhərə çevrilməsindən söhbət açmışdır.

Neftin Bakının zəngin yeraltı sərvəti olduğu xatırlanan məqalədə onun Nobel qardaşlarının varlanmasında müstəsna rol oynadığı qeyd edilir. Bildirilir ki, tüfəng qundağı üçün taxta axtarışı məqsədilə Qafqaza səfər edən Robert Nobel 1873-cü ildə Xəzər dənizi sahilində yerləşən Bakıya gəlmiş, bu diyarın “qara qızıl”la zəngin olduğunu bilmiş, qardaşları Lüdviq və Alfredi də təcili Azərbaycana dəvət etmişdir. Burada ilk quyuları qazdıran Nobel qardaşları, 1876-cı ildə neft emalı zavodun əsasını qoymuş, baron Peter von Bilderlinqlə birlikdə Avropada ilk neft kəmərini çəkdirmiş və tankerlə nefti dünya bazarına çıxarmış, kimyəvi tədqiqat laboratoriyalarını genişləndirmişdir.

Əsrin sonunda Bakının dünya neft məhsulunun yarısını verən neft paytaxtına çevrildiyi məqalədə xüsusi qeyd olunmuşdur.

Jurnalisti vaxtilə Nobel qardaşlarının yaşadığı binada hazırda İsveç səfirliyinin və neft şirkətlərinin yerləşdiyini qeyd etmiş, onların gündəlik istifadə etdikləri əşyaların, mebellərin, tabloların, Azərbaycan nefti hesabına var-dövlətlərini daha da artıran qardaşların Bakı həyatı ilə bağlı fotolarının saxlandığı barədə oxuculara ətraflı məlumat vermişdir.

Məqalədə, Nobel qardaşlarının neft emalı zavodlarının Sovet İttifaqı zamanında istifadə olunduğu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra onların söküldüyü, müasir Bakının simasının getdikcə dəyişdiyi, yeni şəhərsalma layihələrinin həyata keçirildiyi, 2012-ci ildən etibarən “Alov qüllələri” Kompleksinin yeni Bakının simvoluna çevrildiyi, paytaxtda uzun illər “Qara şəhər” kimi tanınan ərazidə müasir “Ağ şəhər”in salındığı, müasir butiklərin geniş prospektlərə xüsusi gözəllik verdiyi, evlərin fasadlarının neon lampaları ilə işıqlandırılmasının şəhərin gecəsini gündüzündən daha cazibədar etdiyi də yer almışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq ölkəmizin Avropa dəyərlərinə uğurla inteqrasiya etdiyi xatırlanan məqalədə, “Eurovizion-2012” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanı bütün dünyaya tanıtdığı, müsabiqənin dünyada lüks arxitektura kompleksi kimi tanınan və dənizin sahilində yerləşən “Baku Crystal Hall” da keçirildiyi, onun yaxınlığındakı Dövlət Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağının dalğalandığı vurğulanmışdır.

Bakının gündən-günə simasının dəyişdiyi qeyd olunan məqalədə dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mərkəzinin bənzəri olmayan sənət əsəri kimi şəhərə xüsusi yaraşıq verməsində, Bakının gələcəkdə dünyanın ən gözəl şəhərlərindən biri olacağından geniş söhbət açılır.

Məqalənin tam mətni ilə www.lavenir.net/article internet resursundan tanış olmaq mümkündür.

 

AzzərTac.az