Azərbaycan prezidenti Soçidə Litvanın baş naziri və Qətərin əmiri ilə görüşüb

Posted by

Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində bir neçə görüş keçirib.

APA-nın verdiyi xəbərə görə, dövlət başçısı Soçidə Litvanın baş naziri Alqirdas Butkeviçius ilə görüşüb. Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra prezident İlham Əliyev Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Apa.az