Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan prezidentinin təqaüdü yeni qaydada ödəniləcək

Posted by

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan prezidentinin təqaüdü yeni qaydada ödəniləcəkƏfqanıstanda həlak olan hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan prezidentinin təqaüdü yeni qaydada ödəniləcək

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan prezidentinin təqaüdü yeni qaydada ödəniləcək

Nazirlər Kabineti “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Qaydaya əsasən, təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların valideynlərinə və dul arvadlarına təyin edilir. Təqaüd almaq üçün şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət etməlidir. Ərizəyə müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə – hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə – nikah haqqında şəhadətnamə), şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı, ölüm haqqında şəhadətnamə, şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat əlavə edilməlidir. Müraciətə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılaraq təyinat aparılmalıdır.

 

Təqaüd ailə üzvlərinin sayına bərabər bölünməklə ödəniləcək. Təqaüd Azərbaycan hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti, Azərbaycanda yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin edilərək ödənəcək. Azərbaycan hüdudlarından kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürüləcək. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2015-ci il yanvarın 1-dən etibarən təyin ediləcək.

 

Apa.az