Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüş keçirilib

Posted by

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüş keçirilibFinlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüş keçirilib

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüş keçirilib

Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəalları ilə görüşüb.

Görüşdə Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və “AzərTürk” gənclər təşkilatının rəhbərləri və fəalları, habelə Helsinki, Vaasa, Tammpere və Lahti şəhərlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfir Adış Məmmədov görüşdə çıxış edərək Azərbaycanın siyasi, iqtisadi inkişafından, Azərbaycan-Finlandiya əlaqələrinin perspektivlərindən danışıb. O, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib. Özünün də Finlandiyaya səfəri zamanı burada yaşayan azərbaycanlılarla görüşüb onların problemləri ilə maraqlandığını deyən A.Məmmədov bu ölkədəki təşkilatların birləşərək Azərbaycan və azərbaycançılıq naminə fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıb. Gənclərin diaspor fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini qeyd edən səfir bu təşkilatların Finlandiyanın dövlət strukturları ilə sıx əməkdaşlıq etməsinin və fəal siyasətə qoşulmasının önəmini qeyd edib. O, müstəqilliyimizin daim var olması üçün hər bir azərbaycanlının əmək sərf etməsinin, dövlətə dəstək olmasının vacibliyini vurğulayıb.

Görüşdə Finlandiya Azərbaycan Assosiasiyasının Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Finlandiyada fəaliyyət göstərən təşkilatlar haqqında məlumat verib. O, cəmiyyət üzvlərinin çalışdıqları dövlət və qeyri-dövlət təşkilatlarında qazandıqları uğurlardan da danışıb.

Görüşdə səfirə yeni yaranmış “AzərTürk” gənclər təşkilatı haqqında da məlumat verilib. Təşkilatın rəhbəri Ülviyyə Cabbarlının yaratdığı musiqi qrupunun üzvləri – azərbaycanlı məktəblilər Azərbaycan, türk, fin və ingilis dillərində mahnılar ifa ediblər.

 

AzərTac.az