Çex tələbələr Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlandırılıb

Posted by

Çex tələbələr Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlandırılıbÇex tələbələr Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlandırılıb

Çex tələbələr Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlandırılıb

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çex Respublikasında fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi və Praqa Karl Universitetinin Avropa Tədqiqatları İnstitutunun birgə əməkdaşlığı nəticəsində fəlsəfə fakültəsinin tələbələri üçün təşkil olunan “Azərbaycanşünaslıq” kursları çərçivəsində “Azərbaycan 20-ci əsrdə” mövzusunda mühazirə söyləyib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mühazirədə F.Şəfiyev ölkəmizin müasir tarixi, keçdiyi inkişaf yolu və üzləşdiyi təhdidlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında tələbələrə ətraflı məlumat verib.

 

Trend.az