Çex tələbələr Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlandırılıb
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çex Respublikasında fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi və Praqa Karl Universitetinin Avropa Tədqiqatları İnstitutunun birgə əməkdaşlığı nəticəsində fəlsəfə fakültəsinin tələbələri üçün təşkil olunan “Azərbaycanşünaslıq” kursları çərçivəsində “Azərbaycan 20-ci əsrdə” mövzusunda mühazirə söyləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mühazirədə F.Şəfiyev ölkəmizin müasir tarixi, keçdiyi inkişaf yolu və üzləşdiyi təhdidlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında tələbələrə ətraflı məlumat verib.
Trend.az