“Euronews” öz təcrübəsini İTV əməkdaşları ilə bölüşməyə başlayıb

Posted by

“Euronews” öz təcrübəsini İTV əməkdaşları ilə bölüşməyə başlayıb“Euronews” öz təcrübəsini İTV əməkdaşları ilə bölüşməyə başlayıb

“Euronews” öz təcrübəsini İTV əməkdaşları ilə bölüşməyə başlayıb

Noyabrın 24-dən Avropanın nüfuzlu telekanallarından biri hesab olunan “Euronews” öz təcrübəsini İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları ilə bölüşməyə başlayıb.

 

İctimai Teleradio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, hər iki telekanal arasında bağlanmış müqaviləyə əsasən, “Euronews”un Xarici Əlaqələr üzrə redaksiyasının rəhbəri Jutta Scheffer və İstanbul şöbəsinin muxbiri Dr. Bora Bayraktar Bakıya gəlib.

 

Noyabrın 29-na qədər davam edəcək ustad dərsləri “Carçı” xəbərlər proqramının reportyorları üçün nəzərdə tutulub. Gələn ilin fevral-mart aylarında keçirilməsi gözlənilən ustad dərslərindən isə İTV-nin aparıcıları yararlana biləcəklər.

 

Trend.az