Ermənistan parlamenti Avrasiya İqtisadi İttifaqına qoşulmaq haqqında müqaviləni ratifikasiya etdi
Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması haqqında müqaviləni ratifikasiya edib.
Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, 103 deputat sənədin lehinə, 7-si əleyhinə səs verib, biri isə bitərəf qalıb.
Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan mayda Aİİ-nin yaradılması haqqında müqaviləni imzalayıb və artıq ratifikasiya ediblər.
Trend.az