Ermənilər dörd rayonda atəşkəsi pozublar

Posted by

Ermənilər dörd rayonda atəşkəsi pozublar

Ermənilər dörd rayonda atəşkəsi pozublarErmənilər dörd rayonda atəşkəsi pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında, Goranboy, Xocavənd və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.