Ermənilər cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar

Posted by

Ermənilər cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar

Ermənilər cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlarErmənilər cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar

Ermənistan ordusunun bölmələri oktyabrın 27-də və 28-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.