Elxan Süleymanov AŞ PA-nın tədbirinə qatılacaq
Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA-da üzvü olduğu Monitorinq komitəsinin iclasında iştirak etmək üçün noyabrın 6-dan 9-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq. Bu barədə MM-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qurumun iclasında monitorinq prosedurunun təkmilləşdirilməsi məsələsi gündəmdə olacaq. Fransa üzrə monitorinq prosesinə başlanması barədə təklifə baxılacaq. Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsi Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin yekunlarını, Rusiya ilə Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələrini, bir sıra digər məsələləri müzakirəyə çıxaracaq.