Elmar Məmmədyarov: Azərbaycan Ukraynada böhranın dinc yolla həllinə tərəfdardır

Posted by

Azərbaycan Ukraynada böhranın dinc yolla həllinə tərəfdardır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Nazir deyib ki, Azərbaycan problemləri bu ölkənin Konstitusiyası çərçivəsində həll etməyə çağırır, eləcə də beynəlxalq prinsiplərə, o cümlədən ərazi bütövlüyü prinsipinə hörmət etməyə tərəfdardır.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü prinsipinin pozulmasından əziyyət çəkən ölkələrdən biridir.

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Trend.az