Elmar Məmmədyarov ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingeri qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə ATƏT arasında münasibətlərin hazırkı səviyyəsi və regionda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov A.Qnadingerə Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib.
Trend.az