Azərbaycan qadınlarının bir qrupu təltif edilib

Posted by

Azərbaycan qadınlarının bir qrupu təltif edilib

 

Azərbaycan qadınlarının bir qrupu təltif edilib

Azərbaycan qadınlarının bir qrupu təltif edilib

 

Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Axundova Nigar Vəli qızı

“Tərəqqi” medalı ilə

Cəfərova Xatirə Ayaz qızı

Əliyeva Lətifə Ağaqasım qızı

Qədirova Arzu Əfqan qızı

Teymurova Gülarə Əli qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İsmayılova Südabər Şöyüb qızı

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilib.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Müəllim”

Əliyeva Kamilla Əliyevna

Həsənova Şamama Atakişi qızı

“Əməkdar Həkim”

Abbasova Bədir Əli qızı

Ağamoğlanova Məlahət Saleh qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Əliyeva Samirə Zimirxan qızı

Zeynalova Sürəyya İsmayıl qızı

 

Trend.az