Elmar Məmmədyarov alban həmkarı ilə görüşüb

Posted by

Elmar Məmmədyarov alban həmkarı ilə görüşübElmar Məmmədyarov alban həmkarı ilə görüşüb

Elmar Məmmədyarov alban həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu və Trans-Adriatik lahiyələrinin əhəmiyyəti vurğulanıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend.az