Dövlətlərarası Şuranın qərargahının Bakıda yerləşdirilməsinə dair Saziş imzalanıb

Posted by

Dövlətlərarası Şuranın qərargahının Bakıda yerləşdirilməsinə dair Saziş imzalanıbDövlətlərarası Şuranın qərargahının Bakıda yerləşdirilməsinə dair Saziş imzalanıb

Dövlətlərarası Şuranın qərargahının Bakıda yerləşdirilməsinə dair Saziş imzalanıb

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası arasında bu qurumun qərargahının Azərbaycan Respublikasının ərazisində yerləşməsinin şərtləri haqqında Saziş imzalanıb.

AzərTAc xəbər verir ki, sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurası tərəfindən Beynəlxalq Aviasiya Komitəsinin (BAK) prezidenti və Şuranın sədri Tatyana Anodina imzalayıblar.

İmzalanma mərasimindən əvvəl Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli nümayəndələrin Dövlətlərarası Şurasının nümayəndə heyəti ilə görüşü olub.

 

AzərTac.az