DSX rəisi Füzulidə vətəndaşları qəbul edəcək
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Füzuli rayonunun Horadiz şəhərində Beyləqan və Füzuli rayon sakinlərinin qəbulu keçiriləcək. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Qəbul noyabr ayının 27-də saat 11:00-da Horadiz Sərhəd Dəstəsində keçiriləcək. Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları noyabr ayının 25-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirə bilərlər.
Qeydiyyat üçün vətəndaşlar 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edə bilərlər.
Sia.az