DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edib

Posted by

DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edibDSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edib

DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Gəncədə dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhəri Nizami və Kəpəz rayon, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 30-dək vətəndaşın müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

 

Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb, məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.

 

DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri müvafiq orqanlara ünvanlanacağını bildirilib.

 

Apa.az