Ədliyyə naziri tərəfindən Şəmkirdə vətəndaşların qəbulu keçiriləcək

Posted by

Ədliyyə naziri tərəfindən Şəmkirdə vətəndaşların qəbulu keçiriləcəkƏdliyyə naziri tərəfindən Şəmkirdə vətəndaşların qəbulu keçiriləcək

Ədliyyə naziri tərəfindən Şəmkirdə vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən avqustun 29-da Şəmkirdə vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbulda Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) keçiriləcək.

Vətəndaşlar Şəmkir Regional Ədliyyə Şöbəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 

 

AzərTac.az