Daxili İşlər Nazirliyinin vəzifələri, Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Posted by

Daxili İşlər Nazirliyinin vəzifələri, Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıbAvtomobil sahibləri mülki məsuliyyət, avtomobil və dəmiryolu nəqliyyatı vasitələrinin sərnişinləri fərdi qəza sığortası üzrə icbari qaydada sığortalanacaqlar

Daxili İşlər Nazirliyinin vəzifələri, Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Dövlət Mülki Aviasiya Administrasiyası haqqında əsasnamələrə dəyişikliklər edilməsi barədə fərmanlar verib.

APA-nın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən nazirliyin vəzifələri artırılıb.

Daxili İşlər Nazirliyinin vəzifələri sırasına avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək əlavə olunub. Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək bu nazirliyin funksiyaları sırasına daxil edilib. Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnaməyə edilən dəyişikliyə görə isə hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək Administrasiyanın vəzifələrindən biri olacaq.

 

Apa.az