“İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib

Posted by

“İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib“İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib

“İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İnkişafın 10 ili: 2004-2014” adlı konfrans keçirilib.

 

APA-nın məlumatına görə, konfransa sədrlik edən YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, son 10 ildə Azərbaycanda baş verən iqtisadi inkişaf, ölkənin artan gücü Heydər Əliyevin əsasını qoyduğu strategiyanı davam etdirən prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir.

 

Ə. Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda baş verən yeniliklərin, iqtisadi inkişafın əsasında Heydər Əliyevin yaratdığı neft strategiyası dayanır və Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi məhz hazırkı Azərbaycanın formalaşmasına səbəb olub: “Azərbaycanın sabit, davamlı iqtisadi inkişafı və bunun fonunda artan gücü məhz vaxtında təyin edilmiş düzgün strategiyaya və onun davam etdirilməsinə əsaslanır. Azərbaycan xalqı bunu bilir və daim dəyərləndirir”.

 

Ə. Əhmədov deyib ki, həyata keçirilən siyasətin başlıca məqsədi insan amilidir: “İnsanların sosial qayğısının təmin olunması, Azərbaycan vətəndaşının firavan yaşaması ölkə rəhbərinin apardığı siyasətin əsas istiqamətlərindəndir. Bu strategiyaya alternativ yoxdur və bunun da əvəzedilməz davamçısı İlham Əliyevdir. O, apardığı 10-11 illik siyasətlə bunu təsdiq edib”.

 

Daha sonra çıxış edən hökumət üzvləri 10 ildə baş verən yeniliklərdən və iqtisadi inkişafdan danışıblar.

 

Partiya rəhbərliyinin, hökumət üzvlərinin, deputatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir bədii hissə ilə davam edib.

 

Apa.az