Cənub-şərqi Avropa üzrə Avropa Fondu Azərbaycanda əməliyyatları genişləndirir

Posted by

Cənub-şərqi Avropa üzrə Avropa Fondu Azərbaycanda əməliyyatları genişləndirirCənub-şərqi Avropa üzrə Avropa Fondu Azərbaycanda əməliyyatları genişləndirir

Cənub-şərqi Avropa üzrə Avropa Fondu Azərbaycanda əməliyyatları genişləndirir

Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) və “Muğanbank” ASC Azərbaycanın kənd təsərrüfatı rayonlarında mikro, kiçik və orta sahibkarlığın inkişafınıdəstəkləmək istiqamətində tərəfdaşlığa başlayıblar.

 

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, EFSE tərəfindən ayrılmış 5 milyon ABŞ dolları məbləğindəkredit vəsaiti sözügedən tərəfdaşlığın uğurlu başlanğıcıdır.

 

Muğanbank Azərbaycanda mikro, kiçik və orta müəssisələri maliyyələşdirməkdə güclü mövqeyə malikdir vənövbəti illərdə mövqeyini daha da inkişaf etdirmək istiqamətində səylə çalışır.Muğanbank hazırda bu seqmentə 42 filialdan ibarət geniş filial şəbəkəsi vasitəsilə xidmət edir.EFSE tərəfindən ayrılmış kredit banka Azərbaycanın xüsusilə nisbətən az xidmət olunan kənd təsərrüfatırayonlarındakı mikro, kiçik və orta müəssisələrə əlavə uzunmüddətli kreditlər vermək imkanı yaradacaqdır.

 

“Partnyor maliyyə təşkilatlarımız arasında Muğanbankı da görməyə şadıq. Hədəf qrupumuz olan mikro,kiçik və orta müəssisələrin maliyyələşdirilməsi fəaliyyətimizdə davamlı iştirakı iləMuğanbank sözügedən müəssisələri maliyyələşdirməklə gəlir mənbələrinin yaradılması və yeni işyerlərinin açılmasına töhfə vermək missiyamızda güclü müttəfiqimizdir” deyə EFSE-nin İdarəHeyətinin Sədri xanım Monika Bek bildirmişdir.

 

“Muğanbank Azərbaycanda mikro, kiçik və orta müəssisələri maliyyələşdirməkdə böyük təcrübəyə malikdir. EFSE tərəfindən ayrılmış 5 milyon ABŞ dolları məbləğində kredit müvafiq seqment üzrə mövcud kredit portfelimizin artımına kömək edəcəkdir. Sözügedən kredit bizə Azərbaycanın kənd təsərrüfatı rayonlarındakı müəssisələri kifayət qədər maliyyələşmə ilə təmin etməyə, habelə ölkəmizin ucqar kənd təsərrüfatı rayonlarına da xidmət etməyə imkan verəcəkdir. Ölkəmizin kənd təsərrüfatı rayonlarında mikro, kiçik və ortasahibkarlığın inkişafını dəstəkləmək istiqamətində EFSE-nin tərəfdaşlığını yüksək qiymətləndiririk” deyə Muğanbankın İdarə Heyətinin Sədri cənab Elmir Həsənov qeyd etmişdir.

 

Cənub-şərqi Avropa üzrə Avropa Fondu haqqında

Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyilə KfW İnkişaf Bankı (KfW) tərəfindən yaradılmışdır. Fondun məqsədi Albaniya, Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Hersoqovina, Bolqariya, Xorvatiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Kosovo, Moldova, Monteneqro, Rumınya, Serbiya, Ukrayna və Türkiyədə iqtisadi inkişafa və rifaha yardım etməkdir. Maliyyə resurslarına çıxış mikro, kiçik və orta sahibkarlıq seqmentlərini inkişaf etdirməkdə əsas uğur amili olduğundan, EFSE, adekvat və dayanıqlı maliyyələşməni təmin etmək potensiallarını gücləndirməkdə yerli maliyyə sektorlarına yardım etməyə böyük diqqət ayırır. EFSE tərəfindən uzunmüddətli maliyyə kimi əsasən mikro və kiçik müəssisələr, həmçinin ev təmiri kreditləri formasında şəxsi ev təsərrüfatları üçün ayrılan maliyyə vəsaitləri müştərilərə yerli partnyor kredit təşkilatları vasitəsilə verilir. EFSE-nin investisiya fəaliyyətinə isə EFSE İnkişaf Fondu dəstək göstərir. Həmin fond partnyor kredit təşkilatlarına iş potensialını və peşəkar idarəetməni gücləndirmək istiqamətində texniki yardım, konsultasiya və təlim xidmətləri göstərir.

 

15 dekabr 2005-ci ildə KfW İnkişaf Bankı (KfW) tərəfindən onun idarəçiliyində olan dörd multi-donor proqramı vasitəsilə yaradılan EFSE bu qəbildən olan ilk dövlət-özəl partnyorluğudur və Cənub-şərqi Avropa regionunda mikro və kiçik müəssisələrin maliyyələşdirilməsi üçün maliyyə resursları ayıran inkişaf kapitalı sahəsində ilk özəl formada idarə olunan fonddur. Kapital, donor agentlikləri, beynəlxalq maliyyə institutları və özəl investisiya qurumları, o cümlədən Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ), Avropa Komissiyası (EC), Albaniya hökuməti, Avstriya İnkişaf Bankı (Oesterreichische Entwicklungsbank – OeEB), İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC), Danimarka Beynəlxalq İnkişaf Agentliyi (Danida), fəal investor qismində KfW, həmçinin, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Niderland Maliyyə Şirkəti (FMO), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB), Sal. Oppenheim və Deutsche Bank tərəfindən təmin olunur.

EFSE-nin fond meneceri qismində Lüksemburqda yerləşən Oppenheim Asset Management Services S.à r.l., fond məsləhətçisi qismində isə Almaniyada yerləşən Finance in Motion GmbH çıxış edir.

 

Cənub-şərqi Avropa üzrə Avropa Fondu haqqında əlavə məlumatla fondun saytından tanış olmaq mümkündür:http://www.efse.lu/

 

Azərbaycanın aparıcı banklarından biri olan Muğanbank 22 ildən artıqdır uğurla fəaliyyət göstərir. Bank fiziki şəxsləri və korporativ müştəriləri innovativ bank məhsulları ilə təmin edir. Ölkə iqtisadiyyatının SME (kiçik və orta sahibkarlıq) seqmentinə xidmətdə liderlərdən biri olmaqla yanaşı Muğanbank eyni zamanda artan riteyl portfelinə malikdir.

 

Ölkə ərazisində 42 filial və 7 şöbədən ibarət geniş filial şəbəkəsindən əlavə, bankın Moskva şəhərində nümayəndəliyi də fəaliyyət göstərir.

 

Muğanbank, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), World Business Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF) da daxil olmaqla bir çox beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir.

 

Trend.az