Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində minalar basdırması barədə xəbəri dəqiqləşdirilərək beynəlxalq hesabata salınıb

Posted by

Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində minalar basdırması barədə xəbəri dəqiqləşdirilərək beynəlxalq hesabata salınıb

Hafiz Səfixanov: “Son bir ildə Suriya, Myanma dövlətlərində və separatçı Dağlıq Qarabağda minaların istifadə olunması faktı qeydə alınıb”

 

Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində minalar basdırması barədə xəbəri dəqiqləşdirilərək beynəlxalq hesabata salınıb

Ötən il APA-nın ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində əlavə minalar basdırması barədə yaydığı xəbər Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın xətti ilə dəqiqləşdirilib və beynəlxalq hesabata salınıb.

 

APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

 

H. Səfixanovun sözlərinə görə, APA-da yayımlanan xəbərlə bağlı onlar Beynəlxalq Kampaniyanın xətti ilə araşdırma aparıblar. Erməni tərəfinə suallar ünvanlanıb. Qarşı tərəfin verdiyi cavabda fakt təsdiqlənib. Ermənilər bu addımlarını Azərbaycan Ordusunun «diversiya qruplarının qarşısını almaq üçün etdiklərini» bildiriblər.

 

«Bütün hallarda, hansı məqsəd daşımasından asılı olmayaraq, yeni minaların basdırıldığı faktdır. Bu, ermənilərin qanunsuz hərəkətlərini beynəlxalq hesabata daxil etməyimizə və pislənməsinə imkan verdi», – deyə H. Səfixanov vurğulayıb.

 

H. Səfixanov qeyd edib ki, bu gün – dekabrın 3-də Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya və Kasetli Silahlara qarşı Koalisiya təşkilatı Bakı da daxil olmaqla, dünyanın 20 şəhərində «Landmine Monitor Report 2014» hesabatını təqdim edir. Bu hesabat 1 sentyabr 2013 – 30 oktyabr 2014 tarixlərində dünyada minalar və partlamamış hərbi sursatlarla (PHS) əlaqədar görülmüş işləri əks etdirir.

 

Hesabatda qeyd olunur ki, hal-hazırda dünya ölkələrinin 80%-dən çoxu (162 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Hesabat dövründə dünyanın ən böyük mina ehtiyatlarına malik ölkələrdən olan ABŞ iki dəfə xüsusi bəyanatla çıxış edərək bildirib ki, yaxın gələcəkdə konvensiyaya qoşulma məsələsinə baxılır və ancaq Konvensiyanın tələb etdiyi məsələlər Koreya yarımadasına şamil olunmayacaq. Ümumiyyətlə isə Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 35 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Son hesabatda bildirilir ki, bu dövr ərzində yalnız iki dövlət (Suriya, Myanma) və bir separatçı qurum (Dağlıq Qarabağ) tərəfindən minaların istifadə olunması faktı qeydə alınıb.

 

Hesabatda qeyd olunur ki, 54 ölkədə minaların təmizlənməsi əməliyyatları aparılıb və 185 kvadrat kilometrlik ərazi təmizlənib. Minalar Əleyhinə Konvensiyanın qəbul olunmasından sonra 48 milyon ədəd mina və PHS məhv edilib ki, bunun da 1 milyon ədədi son hesabat dövrünə təsadüf edir. Konvensiyaya üzv olmayan 9 dövlət – Cin, Hindistan, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və ABŞ minaların ixracına rəsmi moratorium qoyublar. Hazırda yalnız 11 ölkədə minaların istehsalı qeydə alınıb. Hesabat dövründə dünyanın 52 ölkəsində (bunlardan 34 olkə Konvensiyanın üzvüdür) və 3 tanınmamış ərazisində 3308 nəfərin mina və PHS qurbanı olduğu qeydə alınıb. Qeydə alınmış mina və PHS qurbanlarının 79% mülki şəxslər olmuşdur ki, onların da 46% uşaq və qadınlar təşkil edir. Hesabat dövründə minaların törətdiyi problemlərin həll olunmasına 647 milyon ABŞ dolları sərf olunub.

 

Apa.az