İcazələrin e-informasiya portalının istifadəçilərinin sayı artır

Posted by

İcazələrin e-informasiya portalının istifadəçilərinin sayı artırİcazələrin e-informasiya portalının istifadəçilərinin sayı artır

İcazələrin e-informasiya portalının istifadəçilərinin sayı artır

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən mart ayında 8100-dən çox, indiyədək isə 352 minə yaxın internet istifadəçisi yararlanıb.

 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mart ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Rusiya, Böyük Britaniya, Çin və Türkiyədən olan istifadəçilər də yararlanıblar.

 

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 154 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

 

Trend.az