Bu il Azərbaycanda 470 tələbə təhsil haqqından azad edilib

Posted by

Bu il Azərbaycanda 470 tələbə təhsil haqqından azad edilib

Bu il Azərbaycanda 470 tələbə təhsil haqqından azad edilib

Bu il Azərbaycanda 470 tələbə təhsil haqqından azad edilib

Bu tədris ilində Azərbaycanda 470 tələbə təhsil haqqından azad edilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qeyd edək ki, Azərbaycan qanunvericliyinə edilən dəyişikliklərə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Yeni dəyişikliklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.

 

 

Trend/az