Bu il Azərbaycanda 15 minə yaxın uşaq məktəbə ən azı bir il gec gedib

Posted by

Bu il Azərbaycanda 15 minə yaxın uşaq məktəbə ən azı bir il gec gedib

Bu il Azərbaycanda 15 minə yaxın uşaq məktəbə ən azı bir il gec gedib

 

Bu il Azərbaycanda 15 minə yaxın uşaq məktəbə ən azı bir il gec gedib

Bu il Azərbaycanda 15 minə yaxın uşaq məktəbə ən əzı bir il gec gedib. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxısı zamanı deyib.

 

Nazir müavini bildirib ki, belə uşaqlar bu il məktəbə gələnlərin 10 faizini təşkil edib: “2014-2015-ci il tədris ilinin əvvəlində məktəbə qəbul olunan uşaqların statistikasına baxanda müşahidə etdik ki, uşaqların təxminən 10 faizi – bu da 15 minə yaxın şagird deməkdir – məktəbə ən azı 1 il gec gəlib. Onlar artıq 7 yaşı tamam olmuş uşaqlardır. Burada yaşı 7-dən çox olan, indiyədək heç bir təhsilə cəlb edilməyən uşaqlar da var”.

 

O, qeyd edib ki, bu rəqəmlər artıq problemin nə qədər ciddi olmasına bir işarədir.

 

C.Bayramov deyib ki, Təhsil Nazirliyi bu problemin öhdəsindən təkbaşına gələ bilməz: “Bu məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanları kifayət qədər məhduddur. Biz aidiyyəti qurumlarla, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edirik ki, belə halların qarşısını alaq və sayı maksimum dərəcədə azaldaq. Çünki kimsə təhsildən kənarda qalırsa, Təhsil Nazirliyi həmin şəxslə bağlı tərbiyə, tədris işi apara bilmir”.

 

Trend.az