Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq

Posted by

Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq

Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaqBrüsseldə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq

Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Avropa Azərbaycan Cəmiyyətinin rəsmi saytı xəbər verir.
Aİ-Azərbaycan əməkdaşlığı, təhsil və gənclər sahəsində layihələrə dair keçiriləcək “dəyirmi masa”da Avropa Parlamentinin üzvü Katarina Nevedalova və Avropa Komissiyasının baş direktorunun təhsil və mədəniyyət məsələləri üzrə müşaviri çıxış edəcəklər.
“Dəyirmi masa”da, həmçinin Azərbaycanın Belçikada və Aİ-dəki səfiri Fuad İsgəndərov, eləcə də Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim iştirak edəcək.