BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi İçərişəhərlə tanış olmuşdur

Posted by

BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi İçərişəhərlə tanış olmuşdur

BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi İçərişəhərlə tanış olmuşdur

BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi İçərişəhərlə tanış olmuşdur

BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycana səfəri çərçivəsində mayın 21-də İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlanmışdır. Onlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.

“Sıratağlı” dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur.

Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Kiçik Qala küçəsində gəzinti zamanı qonaqlar təndir çörəyinə qonaq edilmişlər.

Sonra BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Kiçik Qala küçəsində yerləşən rəssam Əli Şəmsinin emalatxanasında olmuşdur.

Qonaqlar Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə də tanış olmuşlar. Bildirilmişdir ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Dəniz tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən yaxşı görünən Şirvanşahlar Saray Kompleksi bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.

Qonaqlar Şirvanşahlar Saray Kompleksində İçərişəhərin müasir görüntüsünü əks etdirən maketlə tanış olmuşlar.

Sonra qonaqlar etnoqrafik eksponatların olduğu fotostudiyada olmuş, orada milli geyimlərimizi geyinərək şəkil çəkdirmişlər.

Sonda qonaqlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir.

Qədim İçərişəhərlə tanışlıq qonaqlara xoş təsir bağışlamışdır.

 

AzərTac.az