BMT baş katibi: “Böhranın həlli Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır”

Posted by

BMT baş katibi Pan Gi Mun Ukraynadakı proseslərdən, o cümlədən Krımdakı hadisələrdən narahatdır.

APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin bəyanatında deyilir.

Pan Gi Mun Ukraynadakı böhrandan çıxış yolunu BMT nizamnaməsinin prinsipləri əsasında axtarmağa çağırıb. O qeyd edib ki, vəziyyətin pisləşməsi Ukrayna xalqı ilə yanaşı bölgə və dünya birliyi üçün ciddi nəticələr verə bilər.

“Mən Ukraynadakı hadisələrdən çox narahatam. Xüsusən də Krmdakı hadisələr böhranın dərinləşməsinə gətirib çıxarıb. Gərginliyin artması fonunda tərəflər düşünülməmiş addımlardan və təxribat xarakterli bəyanatlardan vaz keçməyə çağırıram”, – deyə bəyanatda vurğulanıb.

BMT baş katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət dünyanın aparıcı qüvvələrinə vəziyyəti sakitləşdirmək üçün kömək etməlidir.

“Belə durumda səhvlər edə bilmərik. Böhranın həlli Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır”, – deyə o bildirib.

Apa.az