Azərbaycanda teatr sənətinə həsr olunmuş yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib

Posted by

Azərbaycanda teatr sənətinə həsr olunmuş “TeatrPlyus” (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib.

APA-nın məlumatına görə, layihənin fəaliyyətində başlıca məqsəd teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir.

Təşkilatçılar bildiriblər ki, www.teatrplyus.az saytı fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların maraqlılığı, operativliyi və eksklüzivliyi ilə seçiləcək. Adından da göründüyü kimi, veb-sayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir. Saytın PLYUS bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək. Habelə Multimedia bölməsi var ki, bu da istifadəçilərə teatr sənətinə dair nadir audio, video və foto nümunələri ilə tanışlıq imkanı qazandırır.

Qeyd edək ki, gələcəkdə TeatrPlyus internet televiziyasının da yaradılması nəzərdə tutulub.

Apa.az